Rəsmi Bakıdan Paşinyana “SİLLƏ”

Bölmə:
Siyasət ›
Tarix:
12.04.2019
Oxunub:
42 dəfə

“Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil”.

 

XİN-in mətbuat xidmətindən Oxucuya daxil nazirliyin açıqlamasında əlavə edilir ki, Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir: “Əgər "A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:51683