Erməni general: "Ordumuz hücum əmrini..."

Bölmə:
Dünya ›
Tarix:
11.04.2019
Oxunub:
58 dəfə

“Ermənistanda bir il əvvəl “məxməri inqilab”ın yaratdığı eyforiya artıq sona çatıb. Ölkədə keçirilən aksiyalarda narazı vətəndaşlar məyus olduqlarını tez-tez dilə gətirirlər. Hətta Paşinyan hakimiyyətinə dəstək verən qüvvələr də onun siyasətini və komandasını sərt tənqid etməyə başlayıblar”.

 

"Oxucu" informasiya verir ki, bu barədə erməni general Arkadi Ter-Tadevosyan deyib.

 

Ter-Tadevosyan David Tonoyanı səriştəsizlikdə günahlandıraraq qeyd edib ki, Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır: “Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə saxlamasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır”.

 

Mənbə: Publika.az

Yoxlama kodu:17851