Tələbələr üçün müsabiqə ELAN OLUNDU

Tarix:
11.04.2019
Oxunub:
173 dəfə

İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında elmi məqalə müsabiqəsi elan edir.

 

Nazirlikdən Oxucuya daxil olan informasiyaya görə, müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzuda olmalıdır:

 

“Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri”.

 

Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim edilməlidir.

 

Məqalələr 2019-cu ilin 30 aprel tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə elmar.haciyev@economy.gov.az ünvanına təqdim edilməlidir.

 

Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2019-cu il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqdır.

 

Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1029-cu otaq, tel: 012 310-28-00 (daxili 21-84) əlaqələndirici şəxs Elmar Hacıyev).

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:66804