Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək

Bölmə:
Cəmiyyət ›
Tarix:
11.04.2019
Oxunub:
50 dəfə

18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “açıq qapı” günü elan ediləcək.

 

Dövlət Turizm Agentliyindən Oxucuya daxil olan informasiyaya görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün 18 aprel 2019-cu il tarixində saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:79262