Quba-Xınalıq avtomobil yolu bağlandı

Bölmə:
Hadisə ›
Tarix:
11.04.2019
Oxunub:
56 dəfə

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

 

Oxucu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən informasiya verir ki, dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

 

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:64920