Baş Narkotiklərlə Mübarizə İdarəsindən uğurlu əməliyyat

Bölmə:
Hadisə ›
Tarix:
11.04.2019
Oxunub:
135 dəfə

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Xudiyev saxlanılıb.

 

Oxucu DİN-in mətbuat xidmətinə istinadən informasiya verir ki, şəxsi axtarış zamanı ondan 55 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

 

F.Xudiyevin idarə etdiyi “BMW” markalı avtomobildən isə əlavə olaraq 1 kiloqramdan çox tiryək aşkar edilərək götürülüb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:49976