Zakir Qaralov rayon sakinləri qəbul edəcək

Bölmə:
Cəmiyyət ›
Tarix:
10.04.2019
Oxunub:
106 dəfə

Baş prokuror Zakir Qaralov aprelin 19-da saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Oxucu Baş Prokurorluğun mətbuat xidmətinə istinadən informasiya verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

 

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:89283