Azərbaycan İrana humanitar yardım göndərib-FOTOLENT

Bölmə:
Siyasət ›
Tarix:
10.04.2019
Oxunub:
151 dəfə

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aprel ayının 10-da bu ölkəyə humanitar yardım yola salıb.

 

Oxucu FHN-in mətbuat xidmətinə istinadən informasiya verir ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:84362