89 nəfərə 778 min manat ödənilib

Tarix:
09.04.2019
Oxunub:
176 dəfə

Yanğından zərər çəkmış sahibkarlara maddi yardımın ödənilməsi prosesi davam edir


 

Məlumat verdiyimiz kimi, aprelin 4-dən Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.

 

İqtisadiyyat Nazirliyindən Oxucuya daxil olan informasiyaya görə, indiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1146 min manat ödənilməsi qərara alınıb. Artıq 778 min manat məbləğındə maddi yardım 89 zərər çəkmiş sahibkarın bank hesabına köçürülüb.

 

Qeyd edək ki, ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

 

Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

Yoxlama kodu:38296