Xəstəxana tikintisinə bir milyon manat ayrıldı

Bölmə:
Siyasət ›
Tarix:
08.04.2019
Oxunub:
60 dəfə

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Oxucu Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən informasiya verir ki, Sərəncamda qeyd edilir:

 

Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1,0 (bir) milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Yoxlama kodu:31749