“Barselona”dan 1 dəqiqəyə 2 qol-VİDEO

Bölmə:
İdman ›
Tarix:
07.04.2019
Oxunub:
69 dəfə

Aprelin 6-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

 

"Oxucu" informasiya verir ki, Madrid təmsilçisi “Atletiko” səfərdə turnir cədvəlinin hazırkı lideri “Barselona” komandasının qonağı olub.

 

“Nou Kamp” stadionunda baş tutan görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan birinci hissədə hesab açılmayıb.

 

Matçın ikinci hissəsinin 85-ci və 86-cı dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunda qələbə qazanıb.

 

Bu qələbə sayəsində “Barselona” 62 xalla ikinci pillədə qərarlaşan “Atletiko Madrid”ən 11 xal öndədir.

Mənbə: AZƏRTAC 

Yoxlama kodu:91358