Qoca sinyora" "Milan"ı fəth etdi

Bölmə:
İdman ›
Tarix:
07.04.2019
Oxunub:
209 dəfə

“Yuventus” “Milan”ı məğlub edərək liderlik mövqeyini möhkəmləndirib


Aprelin 6-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

 

"Oxucu" informasiya verir ki, “Allianz Arena” stadionunda baş tutan görüşdə turnir cədvəlinin hazırki lideri “Yuventus” doğma azarkeşlər önündə “Milan” komandasını qəbul edib.

 

İlk dəqiqələrdə irəli atılan qonaqlar matçın 39-cu dəqiqəsində hesabı açıb. A seriyasının bombardirlər cədvəlində ilk pillələrdə yer alan “Milan”ın polşalı hücumçusu Kşiştof Pyontek müdafiəçilərin səhvini bağışlamayıb - 0:1. Birinci hissə bu hesabla Milan təmsilçilərinin xeyrinə başa çatıb.

 

Fasilədən sonra hücumları artıran turinlilər matçın 60-cı dəqiqəsində hesaba tarazlıq gətirib. Belə ki, cərimə meydançasının daxilində Paolo Dibalaya qarşı qayda pozuntusuna görə hakim “Milan” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Paolo Dibala fülsəti əldən verməyib - 1:1. Qoldan sonra heç-heçəyə razı olmayan “qoca sinyora” qarşılaşmanın 84-cü dəqiqəsində hesabda önə keçib. Moise Kin adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdələrinə baxmayaraq hesab dəyişməyib.

 

Beləliklə, “Yuventus” bu qələbə sayəsində xallarının sayını 84-ə çatdıraraq turnir cədvəlində liderliyini qoruyur, “Milan” isə 52 xalla dördüncü yerdə qərarlaşıb. “Yuventus”un turnir cədvəlində ən yaxın izləyicisi “Napoli” aprelin 7-də “Genoa” məğlub olsa, Turin təmsilçisi vaxtından əvvəl çempionluğu bayram edəcək.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:80852