Sumqayıt Etilen-polietilen zavodunda gənc kadrlarla görüş

Bölmə:
Energetika ›
Tarix:
05.04.2019
Oxunub:
408 dəfə

SOCAR “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda 3 ay bundan öncə işə qəbul olunan 22 gənc mütəxəssislə görüş keçirilib.

 

"Oxucu" informasiya verir ki, Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev gənc mütəxəssislərə zavodda yaxın perspektivdə görüləcək işlər, yeni layihələr haqqında məlumat verib. Sonra gənc işçilərin 3 aylıq bir dövrü əhatə edən fəaliyyətləri haqqında hesabatları və aparıcı mütəxəssislərin gənclərlə bağlı ilkin təəssüratları dinlənilib.

 

Görüşdə iştirak edən gənclər SOCAR-ın yürütdüyü kadr siyasətinə uyğun olaraq ötən il Etilen-polietilen zavodunda ikiaylıq ödənişli təcrübədə iştirak edib, təcrübə rəhbərlərinin müsbət rəyini alıb, SOCAR-ın İnsan Resursları Departamentində test imtahanından keçərək elan olunan vakansiyalar üzrə “Azərikimya” İB-də işlə təmin olunublar.

 

Hazırda həmin gənc mütəxəssislərdən 7 nəfəri texnoloq, 3 nəfəri mühəndis-ekoloq, 6 nəfəri mühəndis, 3 nəfəri mühəndis-proqramlaşdırıcı, 1 nəfəri NÖC və avtomatika üzrə mühəndis, 1 nəfəri energetik, 1 nəfəri də mühəndis-elektronçu olmaqla, zavodun etilen və polietilen istehsalatlarının müxtəlif sahələrində SOCAR ailəsinin bərabərhüquqlu üzvü kimi çalışırlar.

 

Görüşdə gənc mütəxəssislər fəaliyyət sahələri üzrə gördükləri işlərlə bağlı slaydlar vasitəsilə təqdimatlar və təkliflərlə çıxış ediblər. Onlara yaradılan iş və məişət şəraitindən danışıb, arzu və istəklərini dilə gətiriblər.

 

Sonda gənclərə zavodda aparılan yenidənqurma və modernizasiya işlərində daha fəal iştirak etmələri, bir ildən sonra yenilənmiş və daha müasir qurğularla işləyəcək zavodun yeni avadanlıqlarının iş prinsipləri ilə daha yaxından tanış olmaları gənc kadrlar üçün prioritet kimi vurğulanıb.

 

Mənbə: AZƏRTAC 

Yoxlama kodu:60471
Prezident Musa Yaquba ev verdi 12:19 07 Nov 2019
AVRO-2020 İTV-də 16:41 05 Nov 2019