İslahatlara qapıdan başladı-VİDEO

Bölmə:
Maraqlı ›
Tarix:
04.04.2019
Oxunub:
181 dəfə

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində Amasya Bələdiyyə sədri seçilən MHP-li Mehmet Sarı fəaliyyətinə işi otağının qapısını sökdürməklə başlayıb.

 

Oxucu infromasiya verir ki, M.Sarı əməli ilə bağlı deyib ki, verdiyimiz sözə əməl edirik: “Vətəndaşlarımıza seçkidən əvvəl bir şey söylədik. Bizdə qırmızı işıq, gözləmək, senzura yoxdur. Bir adam qardaşının evinə, yaxınlarının evinə necə gedirsə, elə gələcək. “Bizim ofisimizin qapısı ola bilməz”, dedik, fəaliyyətimizə başlayan kimi, bizdən əvvəlki Bələdiyyə sədrinin iş otağının qapısını sökdük. Mən içəridə gəzənləri görəcəm, onlar da məni görəcək. İşləri varsa, gəlib görüşəcəklər”.

 

Vidadi Əli

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:12670