DİN rəsmisi şalvar söhbəti etdi-VİDEO

Bölmə:
Cəmiyyət ›
Tarix:
03.04.2019
Oxunub:
232 dəfə

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev “5-ci element” tok-şousunun qonağı olub.

 

"Oxucu" informasiya verir ki, veriliş zamanı avtomobilində təhlükəsizlik kəməri taxmayanları qınayan məmur bu vəziyyətə ironik yanaşması ilə yadda qalıb:

 

“Siz şalvar geyinmisiz, o şalvarda kəmər var? O sizi sıxmır? Bəs niyə bağlayırsız? Çünki öyrəşmisiz. Təhlükəsizlik kəməri də onun kimidir”.

 

Kamran Əliyev avtomobildə təhlükəsizlik kəmərinin istifadəsiylə bağlı insanların öz təfəkkürlərində dəyişiklik etməsinin lazım olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanın televiziyasının ən çox izlənilən tok şousu olan “5-ci element” fərqli müzakirələri ilə hər bazar ertəsi yayımlanır.

 

Kamran Əliyevin qonaq olduğu “5-ci element”verilişin tam buraxılışını təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Mənbə: BAKU.WS

 

Yoxlama kodu:27235