Yerevanda aksiya iştirakçılarını döyən polis işdən qovulub

Bölmə:
Dünya ›
Tarix:
15.03.2019
Oxunub:
49 dəfə

Yerevanın “Azadlıq” meydanında keçirilən etiraz aksiyasının iştirakçılarına qarşı güc tətbiq edən polis işdən qovulub.

 

"Oxucu" informasiya verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

 

Ermənistan Polisinin rəisi Valeri Osipyan hadisə ilə bağlı daxili araşdırmanın aparılması barədə tapşrıq verib: “Polis əməkdaşının səlahiyyətləri əlindən alınıb. Araşdırmanın yekunu barədə məlumat veriləcək”.

 

Qeyd edək ki, martın 13 və 14-də paytaxt Yerevanda Opera və Balet Teatrı binasının yaxınlığında fəaliyyət göstərən kafenin sökülməsinə etiraz olaraq aksiya keçirilib. Aksiya iştirakçıları ilə polislər arasında toqquşma olub. Qarşıdurmada Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyanın ayağı sınıb.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:23765
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019