KXDR ABŞ-la danışıqları davam etdirməmək niyyətindədir

Bölmə:
Dünya ›
Tarix:
15.03.2019
Oxunub:
31 dəfə

KXDR xarici işlər nazirinin müavini Soy Son Hi Pxenyanda keçirilən mətbuat konfransında bildirib ki, Şimali Koreya Birləşmiş Ştatlarla Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqların dayandırılması mümkünlüyünü nəzərdən keçirir.

 

"Oxucu" informasiya verir ki, nazir müavini qeyd edib ki, KXDR ABŞ prezidenti Donald Trampın Vyetnamın Hanoe şəhərində Şimali Koreya lideri Kim Çen In ilə görüşdə tələb etdiyi güzəştlərə getmək niyyətində deyil.

 

"Bizim ABŞ-la xüsusən də bu tip danışıqlar aparmaq istəyimiz yoxdur", — deyə Soy Son Hi bildirib.

 

O əlavə edib ki, ABŞ ilə danışıqların aqibəti ilə bağlı son qərar yaxın günlərdə Kim Çen In tərəfindən qəbul olunacaq.

 

Mənbə: “Report”

Yoxlama kodu:97068
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019