ÇL: Bu gün 1/4 final mərhələsinin püşkü atılacaq

Bölmə:
İdman ›
Tarix:
15.03.2019
Oxunub:
94 dəfə

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

 

"Oxucu" informasiya verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər. Digər məhdudiyyətlərlə bağlı püşk ərəfəsində məlumat veriləcək.

 

İngiltərə təmsilçiləri “Mançester Siti” və “Mançester Yunayted” ev oyunlarını eyni və yaxın günlərdə keçirə bilməzlər. UEFA-nın Yarışların Təşkili Komitəsinin qaydalarına əsasən, ötən mövsüm milli çempionatda daha aşağı pillədə finiş edən komanda, yəni “Mançester Yunayted” həmin oyunu səfərdə keçirməli olacaq. Belə olan halda, yarımfinal matçlarının təqvimi 1/4 finaldan sonra təsdiqlənəcək.

 

İnzibati məsələlərlə əlaqədar olaraq, mərasimdə finalda nominal ev sahib olacaq komandanı müəyyənləşdirmək üçün də püşk atılacaq.

 

1/4 final mərhələsinin iştirakçıları

 

“Ayaks” (Hollandiya)

 

“Barselona” (İspaniya)

 

“Yuventus” (İtaliya)

 

“Liverpul” (İngiltərə)

 

“Mançester Siti” (İngiltərə)

 

“Mançester Yunayted” (İngiltərə)

 

“Portu” (Portuqaliya)

 

“Tottenhem” (İngiltərə)

 

Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfianl görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionunda baş tutacaq.

 

Mənbə: "Report"

Yoxlama kodu:67664