Nazir müavini: İndiyə qədər Azərbaycanda kompüter istifadəçiləri ciddi problemlə üzləşməyib

Bölmə:
Texnologiya ›
Tarix:
14.03.2019
Oxunub:
50 dəfə

“Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində səlahiyyətlərin bölgüsü mövcuddur və qurumlar arasında koordinasiya var”.

 

"Oxucu" informasiya verir ki, bunu "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

 

O, həmçinin qeyd edib ki, indiyə qədər Azərbaycanda kompüter istifadəçiləri ciddi problemlə üzləşməyib: "Ölkədə olan CERT-lərin (Computer Emergency Readiness Team) fəaliyyəti nəticəsində hesablarının itirilməsi ilə bağlı edilən müraciətlərə baxılıb və əksər hesablar geri qaytarılıb. Bizim əməkdaşlarımız vətəndaşlara xidmət göstərməklə yanaşı, daim onlara məlumat verir, insanları maarifləndirir. Xoşagəlməz halların baş verməsinin əsas səbəbi həmin insanların ən elementar təhlükəsizlik tələblərinə əməl etməməsidir".

 

Mənbə: “Report”

Yoxlama kodu:69887
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019