Onu deyirlər

Bölmə:
İdman ›
Tarix:
14.03.2019
Oxunub:
49 dəfə

PSJ "Qalatasaray"ın gənc hücumçusunu sərvət qarşılığında alacaq


Ölkə liqasında şou göstərən, lakin Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olan PSJ yeni mövsüm üçün transfer işlərinə start verib.

 

"Oxucu" informasiya verir ki, klubun sahibi Nasir Əl-Xələfi “Qalatasaray”da forma geyinən nigeriyalı Henri Onyekurun xidməti ilə yaxından maraqlanır.

 

“Marsel” və “Borussiya Dortmund” kimi komandaların da maraqlandığı 21 yaşlı futbolçu üçün PSJ 20 milyon dollarlıq transfer büdcəsi ayırıb.

 

Qeyd edək ki, “Qalatasaray”da illik 1,2 milyon avro qazanan hücumçu “Everton”dan 800 min avro qarşılığında transfer olunmuşdu.

 

Mənbə: Publika.az

Yoxlama kodu:13847
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019