Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək

Tarix:
14.03.2019
Oxunub:
56 dəfə

Azərbaycana sıxılmış qazla (CNG) işləyən avtobusların idxalı 2020-ci ildən sonra 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

 

"Oxucu" informasiya verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Şəkidə jurnalistlər üçün təşkil edilən təlimin ikinci günündə bildirib.

 

Onun sözlərinə görə, hazırda paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC-nin avtobusları da sıxılmış qazla işləyir. Bu il martın 8-dən isə məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.

 

Mənbə: “Report”

Yoxlama kodu:90904
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019