VII Qlobal Bakı Forumu işə başlayıb -FOTOLENT

Bölmə:
Siyasət ›
Tarix:
14.03.2019
Oxunub:
54 dəfə

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edir


Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

 

"Oxucu" informasiya verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

 

Əvvəlcə birgə foto çəkdirildi.

 

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

 

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söylədi.

 

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:71013
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019