Novruz Məmmədov hesabat verəcək

Bölmə:
Siyasət ›
Tarix:
14.03.2019
Oxunub:
33 dəfə

Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

 

"Oxucu" informasiya verir ki, iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.

 

Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.

 

Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.

 

Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.

 

Mənbə: “Report”

Yoxlama kodu:27842
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019