İran nümayəndə heyəti Azərbaycana gələcək 

Tarix:
13.03.2019
Oxunub:
96 dəfə

İranın İqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasınınhəmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti martın 14-15-də Azərbaycana səfərə gələcək.

 

Azərbaycan İqtisadiyyat Nazirliyindən Oxucuya daxil olan informasiyaya görə, səfər çərçivəsində Dövlət Komissiyasının 13-cü iclası, biznes forum və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, Komissiyanın ötən iclasından sonrakı dövrdə görülən işlər, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Yoxlama kodu:95656