Finalçılar bilindi-FOTOLENT

Bölmə:
Cəmiyyət ›
Tarix:
13.03.2019
Oxunub:
90 dəfə

“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb


Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” çərçivəsində 2-3 mart, 2019-cu il tarixində yarımfinal mərhələsi baş tutub.

 

Oxucu informasiya verir ki, beynəlxalq proqram çərçivəsində iştirakçılar peşəkar və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak etdikdən sonra 4 gün ərzində yarımfinal çıxışları üçün mentorların köməyilə öz təqdimatlarını hazırlayıblar. Bu mərhələ yekunlaşdıqdan sonra iştirakçılar yarımfinal mərhələsində “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafında çıxışlar ediblər. Çıxışlar münsif heyəti tərəfindən beynəlxalq meyarlara əsasən qiymətləndirilib.

 

Ən yüksək balla qiymətləndirilən 10 nəfər finala vəsiqə qazanıb. Finalçıları sizə təqdim edək:

 

Vaqif Qasımov - Bakı-Oksford Məktəbi

Səadət Xəlilova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Nərgiz Əli - Azərbaycan Tibb Universiteti

Lamiyə Hüseyn - “Dünya” Məktəbi

Raul Məmmədov - “Dünya” Məktəbi

Adil Qafarlı - Bakı Mühəndislik Universiteti

Murad Şahməmmədli - Dünya Məktəbi

Ləman Əlipaşayeva - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya

Eldar Əliyev - Dövlət Gömrük Komitəsinin Akademiyası

Solmaz Fətullayeva - Azərbaycan Memarlıq və İnşaat Universiteti

 

Yarışmanın qalibi tələbə və şagirdlər arasında Azərbaycanın ən yaxşı natiqi seçiləcək və 13-17 May tarixlərində dünyanın ən böyük natiqlik yarışması olan “Beynəlxalq Natiqlik Yarışması”nda ölkəni təmsil etmək hüququ qazanacaq.

 

Layihənin qızıl sponsoru gənclərin intellektual və peşəkar inkişafı üçün nəzərdə tutulmuş müxtəlif layihə və tədbirlərin keçirilməsinə daima dəstək və diqqət ayıran "Gilan Holdinq"dir.

 

APSC (Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.

 

APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.

 

Eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.

Yoxlama kodu:94388