Nəcməddin Sadıkovla Bolqarıstan Müdafiə nazirinin görüşü keçirilib

Bölmə:
Hərbi ›
Tarix:
13.03.2019
Oxunub:
138 dəfə

Martın 13-də Sofiya şəhərində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanov arasında görüş keçirilib.

 

"Oxucu"Tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

 

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Yoxlama kodu:65553