Prezident Roma Papasını təbrik etdi

Bölmə:
Siyasət ›
Tarix:
12.03.2019
Oxunub:
38 dəfə

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik ünvanlayıb.

 

"Oxucu" Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən informasiya verir ki, təbrikdə qeyd edilir:

 

Zati-müqəddəsləri,

 

Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm.

Yoxlama kodu:52677
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019