Azərbaycanın Birinci vitse-prezidenti Nikola Sarkozi ilə görüşüb

Bölmə:
Siyasət ›
Tarix:
12.03.2019
Oxunub:
88 dəfə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

 

Oxucu Mehriban xanım Əliyevanın saytına istinadən informasiya verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olundu. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.

 

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Yoxlama kodu:57517