Birincilər görüşüb

Bölmə:
Siyasət ›
Tarix:
12.03.2019
Oxunub:
85 dəfə

Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın birinci xanımı Bricit Makron ilə görüşü olub


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Bricit Makron ilə görüşü olub.

 

Oxucu Mehriban xanım Əliyevanın saytına istinadən informasiya verir ki, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirildi. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olundu, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirildi. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulandı.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Bricit Makronu ölkəmizı səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Yoxlama kodu:32786