Əməliyyat-taktiki raket bölmələri təlimə cəlb edilib-VİDEO - FOTOLENT

Bölmə:
Hərbi ›
Tarix:
12.03.2019
Oxunub:
100 dəfə

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

 

"Oxucu" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən informsiya verir ki, keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq Əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.

 

Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.

Yoxlama kodu:61436