Azərbaycan Prezidenti Sahle-Uork Zevdeyə başsağlığı ünvanlayıb

Bölmə:
Siyasət ›
Tarix:
11.03.2019
Oxunub:
91 dəfə

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Uork Zevdeyə başsağlığı ünvanlayıb.

 

"Oxucu" informasiya verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Başsağlığının mətnində qeyd edilir:

 

Hörmətli xanım Prezident,

 

“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Yoxlama kodu:70732