İradə İbrahimova: "Ən azı bir dəfə yolunu azırsan..."

Tarix:
11.03.2019
Oxunub:
261 dəfə

Kitabların qapağını yastıq, səhifələrini də üstümə çəkib yorğan etmək istəyirəm. İtib-batdığım, içinə girib gizləndiyim vaxtları sevirəm. Hər kəsin bir gizli yeri var əlbəttə, evi kimi, özünü rahat hiss etdiyi... Mənim gizli məbədim kitablardır.

 

"Oxucu" informasiya verir ki, bu sözləri müğənni İradə İbrahimova özünün İnstaqram səhifəsindəki paylaşımında qeyd edib.

 

Onun sözlərinə görə, həyatda hamı bir dəfə olsa belə mütləq yolunu azır, yoldan çıxır: “Aranızda bunu etiraf edəcək, dilinə gətirə biləcək neçə insan var, ya da neçə insan çıxar? Amma heç kimin söyləməyə cəsarət etmədiyini kitablar söyləyər.

 

Əlbəttə, oxuduğunu başa düşənə, başa düşdüyünü fikirləşənə, fikirləşdiyini həzm edənə söyləyər kitablar, yəni hiss edə bilənə... Mənim kimi içinə girib arasında gizlənməkdən həzz alan, rahatlıq tapanlar və rastına çıxan səhifədəki sətirlərin bir təsadüf olmadığına inanan mənim kimi dəlilər varsa, çox sevindim”.

 

Türkiyədə yaşayan ifaçı izləyicilərinə bol kitablı, musiqili, sənətlə dolu, gözəl həftə arzuladığını bildirib.

 

Mənbə: Teleqraf.com

Yoxlama kodu:53872