Hüseyn Dəryanın qəbri açılmalıdır-VİDEO

Bölmə:
Cəmiyyət ›
Tarix:
11.03.2019
Oxunub:
92 dəfə

“Hüseyn Dəryanın bir övladı var, o da Ayşədir”.

 

"Oxucu" informasiya verir ki, bunu mərhum reper Hüseyn Dəryanın bacısı Ofelya xanım ATV kanalında “Bizimləsən” verilişində Ayşə ilə bağlı DNT analizinin cavabından danışarkən deyib.

 

O bildirib ki, ailə olaraq Hüseynin ikinci həyat yoldaşından olan oğlu Cahangir Dərya ilə bağlı DNT analizinin keşirilməsini tələb ediblər:

 

“Biz bu məsələni 5 il əvvəl eşitdik. Dedilər ki, Cahangir Hüseynin oğlu deyil. Bunu Sonaya dedik. O, çox əsəbiləşdi. Hətta onu deyən adamları məhkəmə ilə hədələdi. Biz Sona və onun anasını evə çağırdıq, dedik ki, DNT analizi verin, rahat olaq. Amma vermədilər”.

 

Qeyd edək ki, Hüseyn Dəryanın qızı Ayşə “Bizimləsən” verilişinə gələrək DNT analizinin keçirilməsi üçün Zaur Baxşəliyevdən dəstək istəyib. Analizin nəticələrinə görə, atalıq testində 15 gendən 13-ü uyğun gəlib. Aparıcı isə qeyd edib ki, 15 genin hamısının uyğun gəlməsi üçün Hüseyn Dəryanın qəbri açılmalıdır.

Mənbə: AzNews.az 

Yoxlama kodu:56551