Meşədə balina tapıldı-QƏRİBƏ HADİSƏ

Bölmə:
Maraqlı ›
Tarix:
26.02.2019
Oxunub:
207 dəfə

Braziliyanın şimal-şərqində, Marayu adasının Araruna sahilində təxminən 10 ton ağırlığında olan nəhəng ölü balina tapılıb.

 

"Oxucu" informasiya verir ki, Amazon meşələrinin dərinliyində tapılan balinanı buraya nəhəng dalğaların gətirdiyi ehtimal edilir.

 

Ərazidə araşdırma aparan mütəxəssislər balinanın okeanda öldüyü, sonradan sahilə atıldığı versiyası üzərində dayanıblar.

 

Nəhəng balığın üzərində hər hansı zərbə izinin də tapılmaması onun insanlar tərəfindən öldürülməsi ehtimalını da sıfıra endirir.

 

Məlumata görə, balinanın ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün cəsədin üzərində yarılma əməliyyatı aparılacaq.

 

Mənbə: Axar.az

Yoxlama kodu:24233
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019