Məşhur müğənniyə şok ittiham-Baham adalarında...

Tarix:
26.02.2019
Oxunub:
106 dəfə

Kolumbiyalı məşhur müğənni Şakira İspaniyada vergidən yayınmaqda ittiham edilir.

 

"Oxucu" informasiya verir ki, Kataloniyanın Espluqes-de-Lobreqat şəhər məhkəməsi müğənniyə qarşı ümumilikdə 14,5 milyon avro vergi iddiası irəli sürüb.

 

Şakira pulları Baham adalarında ofşor zonada yerləşən 14 şirkət vasitəsi ilə gizlədə bilib.

 

Müğənni bu il iyunun 12-də məhkəmədə ifadə verəcək.

 

Qeyd edək ki, Şakira 2012-14-cü illərdə "Barselona"nın məşhur futbolçusu Jerar Pike ilə İspaniyada yaşayıb. Vergi yayındarmaları da bu zaman baş verib.

 

Mənbə: Teleqraf.com

Yoxlama kodu:56055