Azərbaycan Prezidenti Nayib Bukeleyə təbrik ünvanlayıb

Bölmə:
Siyasət ›
Tarix:
11.02.2019
Oxunub:
45 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik ünvanlayıb.

 

Təbrikdə qeyd edilir: Hörmətli cənab Bukele,

 

El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Yoxlama kodu:40442