Pensiya fondu təqaüdçüyə səhvən ödədiyi artıq üç qəpiyi geri istəyir

Bölmə:
Maraqlı ›
Tarix:
08.02.2019
Oxunub:
73 dəfə

Maraqlı hadisə Rusiyada baş verib. Pensiya fondu təqaüdçüyə artıq ödədiyi üç qəpiyi (kopeyka) geri istəyib.

 

"Oxucu" informasiya verir ki, Çelyabinsk şəhər sakini fonddan qəribə məktub alıb. Məktubda ondan keçən ilin iyununda ödənilən artıq üç kopeykanı könüllü şəkildə geri verməsi xahiş olunur. Yaşlı kişinin sözlərinə görə, məbləğ o qədər kiçikdir ki, ona artıq pul ödənilməsi diqqətini çəkməyib. Amma məsuliyyətdən qaçmaq fikri yoxdur.

 

Məsələnin digər maraqlı tərəfi odur ki, pensiya fondu xırda pulu geri qaytarmaq üçün məbləğdən dəfələrlə çox pul xərcləyib. Məktub göndərmək fonda 22 rubla başa gəlib.

 

Mənbə: Bizimyol.info

Yoxlama kodu:88407