"Barselona"nın yeni transferinə soyad problemi

Bölmə:
İdman ›
Tarix:
08.02.2019
Oxunub:
107 dəfə

Yayda "Barselona"ya üz tutacağı dəqiqləşən Frenki de Yonq maraqlı duruma düşüb.

 

"Oxucu" informasiya verir ki, gənc futbolçu qəribə tələblə üz-üzə qaldığını özü söyləyib.

 

İş ondadır ki, "Barsa"nın texniki sponsoru "Nike" futbolkanın arxasında de Yonq deyil, Frenki yazılmasını istəyir. Şirkət bunu marketinq siyasəti ilə əlaqələndirir.

 

Oyunçu isə şirkətin tələbləri ilə razılaşmır: "İyulda "Barselona"da olacam. 21 nömrəli formanı istəyirəm. "Nike" isə məndən formamın arxasına soyadımı deyil, adımı yazdırmağımı istəyir. Bilmirəm, bunu qəbul edəcəm, ya yox".

 

Qeyd edək ki, de Yonqun transferi Kataloniya klubuna 75 milyon avroya başa gəlib. Müqavilənin şərtinə əsasən oyunçu yaya qədər "Ayaks"da qalacaq.

 

Mənbə: Fanat.az

Yoxlama kodu:94235