Deputat: "İri sinəm var"-FOTOLENT

Bölmə:
Dünya ›
Tarix:
08.02.2019
Oxunub:
91 dəfə

Qadın deputat qırmızı dekolteli libası ilə müzakirələrə səbəb olub.

 

"Oxucu" informasiya verir ki, Braziliyanın millət vəkili Ana Paula da Silva parlamentdəki geyiminə görə ölkədə qalmaqal yaradıb.

 

Açıq-saçıq geyiminin müzakirələrə səbəb olduğunu görən qadın deputat məsələ ilə bağlı NSC TV-yə açıqlama verib.

 

"Hər kəs dekoltemə fokuslanıb. Geyimim, sadəcə, məni maraqlandıran məsələdir. Qadınların döşləri olur, mənim isə sinəm iridir. Millət vəkili seçilənə qədər də belə olub. Dəyişən nəsə yoxdur. Bu qədər müzakirə olunacaq məsələ varkən mənim döşlərimdən danışmağınız yersizdir".

 

Qeyd edək ki, iki dəfə bələdiyyə sədri olduqdan sonra Santa Katarina vilayətinin millət vəkili seçilən qadın ölkəsində Paulinha adı ilə tanınır.

 

Mənbə: Milli.Az

Yoxlama kodu:98585