Qardaş ölkə ŞOKDA: 11 ölü, 13 yaralı

Bölmə:
Hadisə ›
Tarix:
08.02.2019
Oxunub:
20 dəfə

İstanbulun Qartal bölgəsində binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.

 

"Oxucu" informasiya verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarında daha 4 nəfərin cansız bədəni dağıntıların altından çıxarılıb.

 

Hadisə bağlı mətbuata açıqlama verən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının 11 nəfərə çatdığını deyib. Nazir axtarış prosesini yerindəcə izləyib. Nazirin sözlərinə görə, meyiti tapılanların şəxsiyyətini müəyyən etmək üçün işlər davam edir.

 

Hadisədən sonra 13 yaralı uçan binanın dağıntıların arasından çıxarılıb. Onların 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

 

Xatırladaq ki, hadisə fevralın 7-də baş verib.

 

Mənbə: Publika.az

Yoxlama kodu:38577