Paşinyanın iki YOLU QALDI-Ya “Bolton planı”, ya da Qarabağda MÜHARİBƏ

Bölmə:
Dünya ›
Tarix:
05.02.2019
Oxunub:
169 dəfə

Dağlıq Qarabağda “ərazilər əvəzinə sülh” variantı üzərində razılıqların əldə olunması haqqında məlumatlar yayıldığı vaxt Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əks fikirlər prosesi mürəkkəbləşdirdi. Faktiki olaraq, Paşinyanın mövqeyi danışıqlardan imtina etmək deməkdir. Paşinyan “Bolton planı” olaraq qəbul edilən bu variantdan niyə imtina edir?

 

"Oxucu" informasiya verir ki, Ermənistanda “İctimai diplomatiya” mərkəzinin koordinatoru, politoloq Beniamin Matevosyan Paşinyanın bu yanaşmasının səbəblərini açıqlayıb.

 

Erməni politoloq hesab edir ki, Paşinyan Levon Ter-Petrosyanın taleyini yaşamaqdan qorxur.

 

“Bu gün Paşinyanın Qarabağda müttəfiqləri yoxdur. Qarabağdakı rejim onunla birlikdə hərəkət etmir. O, bu planın həyata keçirilməsində yalnız Levon Ter-Petrosyanın dəstəyinə bel bağlaya bilər. Paşinyan anladı ki, əgər o, “Bolton planı”nı reallaşdıracaqsa, heç bir dəstək almayacaq və 1998-ci ildə Levon Ter-Petriosyan kimi hakimiyyəti itirəcək. İndi o gözləmək və müharibənin başlamaması üçün Rusiya və Avropadan dəstək almaq istəyir”, - deyə o bildirib.

 

Matevosyanın sözlərinə görə, Ermənistan indi dalana dirənmiş vəziyyətdədir: “Bir tərəfdən, Rusiya ilə münasibətlər kəskinləşib, digər tərəfdən, ABŞ planının reallaşmamasına görə qəzəblidir, o cümlədən, Azərbaycan danışıqların baş tutmamasına görə hərbi varianta əl ata bilər. Paşinyan bu vəziyyətdən çıxa biləcəkmi? Bu sualın cavabını zaman göstərəcək”.

 

Mənbə: Publika.az

Yoxlama kodu:74996