Albaniya Prezidenti mart ayında Bakıya gələcək

Bölmə:
Siyasət ›
Tarix:
01.02.2019
Oxunub:
117 dəfə

İlir Meta VII Qlobal Bakı forumunda iştirak edəcək


Albaniya Prezidenti İlir Meta mart ayında Bakıya gələcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Oxucuya daxil olan informasiyaya görə, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

 

Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti - Bujar Nishani, Rexhep Meidani, Sali Berisha Mərkəzin üzvləridir.

 

Xatırladaq ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

 

Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

 

Günəş

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:17421