VII Qlobal Bakı forumu keçiriləcək

Bölmə:
Siyasət ›
Tarix:
01.02.2019
Oxunub:
81 dəfə

Forumda 70 ölkədən 450 nümayəndə iştirak edəcək


Mart ayının 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı forumu keçiriləcək. Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Oxucuya daxil olan informasiyaya görə, VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

 

Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarlarin qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclasların biri də Gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

 

Forumda dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimlərinin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

 

Günəş

 

Mənbə: Oxucu.info

 

Yoxlama kodu:30101