Prezident qardaşları “İgidliyə görə” medalı ilə təltif edib-FOTOLENT

Bölmə:
Siyasət ›
Tarix:
01.02.2019
Oxunub:
86 dəfə

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

 

"Oxucu" informasiya verir ki, dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif etdi.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:40064