“WhatsApp” messencerində barmaq izinə görə autentifikasiya sınaqdan keçirilir

Bölmə:
Texnologiya ›
Tarix:
15.01.2019
Oxunub:
223 dəfə

“WhatsApp” messencerinin təhlükəsizliyi gücləndirilir. Belə ki, istifadəçi sözügedən messenceri yalnız onun barmaq izi skaner tərəfindən oxunub tanındıqdan sonra aça biləcək. Bu haqda “WABetal Info” məlumat verib.

 

"Oxucu" informasiya verir ki, yeni funksiyanı sazlamalardan aktivləşdirmək mümkün olacaq və “Android” əməliyyat sisteminin “Marshmallow” və daha yeni versiyalarının idarəetməsi altında işləyən smartfonlarda dəstəklənəcək. Alternativ autentifikasiya üsulu kimi pin-kod təklif edilir.

 

Nəticədə messencer daha təhlükəsiz olacaq.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:41508