“Instagram” sosial şəbəkəsinə girişdə problem yaranıb

Bölmə:
Texnologiya ›
Tarix:
07.01.2019
Oxunub:
463 dəfə

Bu gün səhər saatlarından Azərbaycanda “Instagram” sosial şəbəkəsinə girişdə problem yaranıb.

 

"Oxucu" informasiya verir ki, hazırda bəzi istifadəçilər VPN proqramlar yükləməklə və ölkənin IP-sini dəyişməklə bu şəbəkəyə daxil ola bilirlər.

 

Azərbaycanla yanaşı, digər ölkələrdə də “Instagram”dan istifadə ilə bağlı problemin yarandığı bildirilir. Bəzi ölkələrdə isə veb brauzer vasitəsi ilə sosial şəbəkəyə daxil olmaq mümkün olsa da, Android və iOS əməliyyat sistemlərində istifadə edilən əlavələrlə bu, mümkün deyil.

 

Mənbə: “Report”

Yoxlama kodu:33822