Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

Bölmə:
Səhiyyə ›
Tarix:
07.01.2019
Oxunub:
350 dəfə

Gürcüstanın Poti şəhərində H1N1virusuna (“donuz qripi”) yoluxan, təxminən, 40 yaşlarında qadın ölüb.

 

"Oxucu" informasiya verir ki, Gürcüstan bürosunun verdiyi xəbərə görə, pasiyent Poti Şəhər Xəstəxanasına kəskin respirator infeskiya, pnevmaniya və tənəffüs çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

 

Tibb müəssisəsində aparılmış müalicəyə baxmayaraq, xəstənin halı pisləşib və o, ötən gün vəfat edib.

 

Hazırda Poti Şəhər Xəstəxanasında respirator infeskiya simptomları ilə 11 nəfər müalicə alır.

 

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 8 nəfər “donuz qripi”ndən ölüb.

 

Mənbə: “Report”

Yoxlama kodu:54627