Prezidenti, ailəsini və komandasını hədəfə alanların qarşısındayıq!-VİDEO

Bölmə:
Analitik ›
Tarix:
02.01.2019
Oxunub:
353 dəfə

Məlum olduğu kimi, Azərbaycanın sürətli inkişafını, qüdrətli dövlətə çevrilməsini həzm edə bilməyənlər uzun müddətdir milli maraqlarımızı təmin edən Prezident İlham Əliyevi və ailə üzvlərini, eləcə də Birinci vitse-Prezident Mühriban xanım Əliyeva olmaqla komanda üzvləri hədəfə alaraq təhqir edir, əsassız iddialarla qaralama kampaniyası aparırlar. Əvvəlcə bunlara qarşı mövqeyimi şərh yazaraq etirazımı arqumetlərlə bildirirdim. Gətirdiyim arqumentlərin qarşısında aciz qalaraq şərh yazmağımı bloklayırdılar. Necə ki, 2009-2010-cy illərdə “Azadlıq Radiosu” və “Amerikanın səsi” radioları özlərini tənqid etdiyim şərhləri təsdiqləmirdilər. Mən də mübarizəmə yeni formada, “YouTube” kanalı açaraq aparmaq barədə düşünməyə başladım.

 

Uzunu müddət reallaşdırmaq üçün düşündüyüm, ötən ilin avqust ayının 14-də “YouTube” platformasında qeydiyyatdan keçirdiyim kanalın introlarını dekabr ayının əvvəllərində hazırlasaq da ilk canlı yayımımızı ötən ilin son 10 günlüyündə həyata keçirdik. Təəssüf ki, texniki imkanlarımız keyfiyyətli videoların keyfiyyətinin aşağı olmasına səbəb olur. Bununla belə mən, heç bir qarşılıq görmədən və gözləmədən, doğru olduğuna inanaraq çıxdığım bu yoldan geri çəkilən deyiləm və mübarizəmi aparacağam. Necə ki, 2011-ci ilin avqust ayının 12-də fəaliyyətə başlayan “Oxucu.info” saytımızda olduğu kimi...

 

Məlum olduğu kimi 2012-ci ildə Türkiyənin bəzi kütləvi informasiya vasitələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hədəfə götürüərək əsassız iddialarla qaralamağa çalışırdılar. Həmin vaxtı “Oxucu.info”nun imkanlarından istifadə edərək, bəziləri kimi təlimat gözləmədən mövqeyimi ortaya qoyur, mübarizəmi aparırdım. Bu gün də təlimat almadan qarşılıqsız olaraq mübarizəmi aparıram. Hər halda, təlimat və ya nələrinsə qarşılığında belə bir yola çıxsaydım, ən azından texniki imkanlarımız yüksək səviyyədə olar, bunu siz də videolarımızdan müşahidə edərdiniz.

 

Mən, söyüşün mübarizə üsulu olduğunu düşünmürəm. Əksinə mübarizənin fərdlərin özlərinə qarşı mədəni-əxlaqi dəyərlər çərçivəsində aparılmasının tərəfdarıyam. Yəni mən mübarizə aparıramsa, mən hədəf olmalıyam, ailə üzvlərim deyil... Videolarımızda da kimlərisə söyməklə deyil, vətəndaşların prosesləri hərtərəfli düşünərək düzgün qərar verməsinə zəmin yaratmaq üçün hazırlayacaq, müzakirə edəcəyik. Həmçinin texniki imkanlarımız imkan verəcəyi təqdirdə, müxtəlif şəxslərlə müzakirələr aparacağıq. Amma texniki imkanlarımız imkna verərsə...

 

İnanırıq ki, Prezidenti və onun komandasını dəstəkləyən hər kəs, kanalımıza abuna olacaq, “YouTube” platformasında “Oxucu TV” və “Ulduzay TR” ("Ulduzay" Televiziya və Radio Verlişlərinin Yayım Şirkəti) kanallarında yerləşdiriləcək videolarımız paylaşaraq daha çox insana yayılmasınə köməklik göstərəcək, şərh yazaraq fikirlərini ifadə edib inkişafımıza dəstək verəcəklər. Prezident İlham Əliyevi və komandasını dəstəkləyən sahibkarlar isə proqramımızda reklamlarını yerləşdirmək, eləcə də sponsorluq etməklə, həm məhsullarını reklam edə, həm də maddi-texniki təminatımıza dəstək ola bilərlər.

 

Mənbə: Oxucu.info

Oxucu İnformasiya Agentliyinin baş redaktoru

Yoxlama kodu:37524
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019