"Qarabağ klanı" xaosun yaranmasına nail olmaq istəyirlər

Bölmə:
Analitik ›
Tarix:
05.12.2018
Oxunub:
350 dəfə

Ermənistanda növbədənkənar parlament seçkilərinə 4 gün qala siyasi partiya və bloklar arasında təbliğat və təşviqat baxımından rəqabət getdikcə qızışır. Aparılan müşahidələrimə əsasən hazırda Nikol Paşinyanın lideri olduğu "Mənim Addımım" bloku təbiğat və təşviqat kampaniyasına görə rəqiblərindən çox irəlidədir. Belə ki, Paşinyan xalqın arasına qarışaraq yəni metroya, insanların evlərinə gedərək seçki kampaniyaları ilə bağlı bullutenleri paylamaqla kifayətlənməyib, onlarla söhbət edir. Bununla da Paşinyan xalqın geniş rəğbətini qazanmaqda davam edir. Təbii ki bütün bu proseslər Paşinyana seçkidə əlavə divident qazandırır. Bu proseslər baş verərkən digər tərəfdən, erməni mediasında çıxan xəbərlərə əsasən mühafizə orqanları xüsusilə polis qüvvələri Ermənistan Respublikaçılar partiyasının mövqeyinin güclü olduğu yerlərdə anti-təbliğat xarakterli məlumatlar yayırlar. Üstəlik köhnə müdafiə naziri ERP-nin sədri Vigen Sərkisyan bildirib ki,Nikol Paşinyanın Milli Məclisin namizədlərini Milli Təhlükəsizlik Xidmətlərinin əməkdaşları vasitəsilə təhdid edir. Bununla da Paşinyan üzdən xalqın gözünə "mələk və xeyiraxah" biri kimi görsənməklə altdan öz işinə davam edir yəni ölkə daxilində hüquq-mühafizə orqanlarının vasitəsilə qorxu hissi yaradır.

 

Bundan əlavə, onu qeyd edim ki, Ermənistan Respublikaçılar partiyası Paşinyanın mövqeyini zəiflətmək üçün öz seçki kampaniyaları zamanı Qarabağ münaqişənin həllinə və xarici siyasət kursunun nə qədər skandal vəziyyətdə olduğuna dair açıqlamlar səsləndirməkdə davam edirlər. Ələlxüsus da Ermənistanın Respublikaçı Partiyası siyahısının namizədi olan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz çıxışlarında Qarabağ və xarici siyasət kursunda əldə edilmiş uğursuzluqlara görə Paşinyanı günahlandırıb. Həttə erməni mətbuatında Paşinyan seçkilərdən sonra Qarabağı verəcəyinə dair xəbərlər yayılmaqdadır. Məhz bu səbəbdən ERP Qarabağ məsələsinə toxunmaqla həm ölkə daxilində həmdə "Qarabağ klanı" da narahatlıq yaradaraq seçki öncəsi yeni bir xaosun yaranmasına nail olmaq istəyirlər. Erməni mətbuatında çıxan bəzi məlumatlara əsasən ola bilsin ki, 2008-ci il 1 mart hadisələrinə bənzər bir hadisələr yaşana bilər. Təbii ki bunun baş verməsi nəqədər realdır onu zaman göstərəcək. Görünür, Paşinyan ilə "Qarabağ klanı" arasında belə bir anlaşmazlığın və gərginliyin yaradılmasının da digər bir məqsədi budur. Bütün bunlara baxmayaraq Paşinyanın siyasi rəqiblərindən çox öndə olduğunu deyə bilərik. Lakin 4 gün qalmasına baxmayaraq hər şeyin bitdiyini demək çətindir, çünki Rusiyanın səssizliyi və "Qarabağ klanı"nın belə bir gərginlik nümayiş etdirməsi heç də hər şeyin belə sakit məcrada davam edəcəyinin xəbərçisi deyil.

 

Yoxlama kodu:85230
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019