Paşinyan: “Sərkisyan 30 milyon dollar ödəməyə hazırdır”

Bölmə:
Analitik ›
Tarix:
30.11.2018
Oxunub:
323 dəfə

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan öz bank hesablarından birindən dövlət xəzinəsinə 30 milyon dollar qaytarmağa hazırdır. Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş sədri, çirkli pulların yuyulmasında ittiham olunan Armen Avetisyan isə Tsaxkadzordakı otelini dövlətə vermək istəyir. Bu haqda Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bəyan edib.

 

Armen Sərkisyanın 30 milyon dolları haqda söhbətlər Ermənistanda bir neçə ay əvvəl başlayıb. Əvvəlcə bu haqda Nikol Paşinyan danışıb. Bu, sentyabrda, İrəvan Ağsaqqallar Şurasına, yəni paytaxt parlamentinə seçkilər zamanı baş verib:

 

“Serj Sərkisyanın qardaşı Saşik Sərkisyanın yalnız bir Ermənistan bankında 30 milyon dolları var və bütün bu vəsaitə həbs qoyulub. Mən tələb edirəm ki, Saşik Sərkisyan ictimaiyyət qarşısında bir həftə içində könüllü şəkildə 30 milyon dolları dövlət büdcəsinə qaytarsın”.

 

Aleksandr Sərkisyan bu bəyanatın cavabında baş naziri bank sirrini yaymaqda günahlandırıb və bütün hesabları üzərindən həbsi götürməyə çağırıb. O, bildirib ki, vəsaitlər qanuni yolla əldə edilib.

 

Aleksandr Sərkisyan bildirib ki, 1985-1995-ci illərdə Rusiyada bizneslə məşğul olub və Ermənistana böyük məbləğdə pulla qayıdıb. O, həmçinin xatırladıb ki, vətəndə də bizneslə məşğul olub.

 

Daha sonra məlum olub ki, Aleksandr Sərkisyanın bütün hesablarına həbsi Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi qoyub. İlkin istintaqın gedişatı haqda konkret məlumat yoxdur. Aleksandr Sərkisyana qarşı cinayət işi də hələlik qaldırılmayb.

 

İndi isə Paşinyan bildirir ki, eks-prezidentin qardaşı könüllü şəkildə dövlət büdcəsinə 30 milyon dollar ödəməyə hazırdır. Bunun nə ilə bağlı olduğu hələlik bəlli deyil.

 

Ermənistanın keçmiş prezidentinin qardaşını el arasında “Saşik” adlandırırlar. Onun haqqında çox vaxt “Saşikin 50 faizi” ifadəsini eşitmək mümkündür. Serj Sərkisyanın prezidentliyi dövründə xalq arasında çoxları deyirdilər ki, biznesmenlər onun qardaşı Saşikə öz gəlirinin 50 faizini ödəmək məcburiyyətindədir. Ermənistanda hakimiyyət dəyişikliyi baş tutandan sonra bu vəsaitlərin dövlət büdcəsinə qaytarılması tələbi səslənməyə başladı.

 

Məxməri inqilabdan sonra Aleksandr Sərkisyan bir neçə dəfə saxlanılıb, üzərində axtarış edilib və silah tapılıb, amma bu silahın icazəli olduğu ortaya çıxıb. Milli Təhlükəsizlik Xidməti də Aleksandr Sərkisyanın evində axtarış aparıb və bundan sonra onun oğlu Narek Sərkisyan haqda axtarış edərək həbs qərarı çıxarıb, lakin sonra isə azadlığa buraxıldı.

 

Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyan özünə məxsus Tsaxkadzordakı oteli dövlətə bağışlamaq niyyətindədir. Bu haqda da baş nazir Nikol Paşinyan bildirib. Avitisyana qarşı daha əvvəl çirkli pulların yuyulması maddəsi ilə cinayət işi qaldırılıb:

 

“Mənə məlumat veriblər ki, Armen Avetisyanın ailəsi bir neçə gün əvvəl Dövlək Əmlak Komitəsinə müraciət edərək, deyib ki, Tsaxkadzordakı Golden Palace otelini dövlətə bağışlayır. Cinayət işi qaldırılıb, amma görrünən odur ki, onlar cəmiyyətdə əhvalın dəyişəcəyinə ümid edərək… bu addıma qərar veriblər”.

 

Paşinyan bildirib ki, əgər ötürülmə proseduru həyata keçirilsə, otel ictimai auksiona çıxarılacaq. Baş nazir səlahiyyətlərini yerinə yetirən Paşinyanın dəyərləndirməsinə görə, otel 20 milyon dollar dəyərindədir.

 

Xatırladaq ki, Armen Avetisyan Robert Koçaryanın prezidentliyi dövründə Dövlət Gömrük Komitəsinə rəhbərlik edib.

 

Bütün bu proseslər onu göstərir ki, Paşinyan ölkənin büdcəsini oliqarxları həbs yolu ilə təhdid edərək onlardan əldə etdiyi pullar hesabına formalaşdırmaq niyyətindədir. Bundan sonra da Serj Sərkisyanla əlaqəli olan başqa oliqarxları da həbs oluncaqları ilə bağlı təhdidlər etməyə davam edəcək. Beləcə, olqlarxlar öz canlarını Paşinyandan xilas etmək üçün müəyyən məbləğdə pullarından keçməli olacaqlar. Paşinyan bu yolla həm ölkə büdcəsini formalaşdırmağa həm də ölkədə kimin sözünün keçəcəyini göstərməyə çalışır. Həmçinin bu yola oliqarxların daxili siyasətdə və siyasətçilər üzərinidəki təsir formasını azaltmaq məqsədi güdür.

Yoxlama kodu:64363
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019